Böyrəkləri təmizləmək üçün ən təbii üsul — Gündə 2 fincan

Böyrəkləri təmizləməklə yanaşı bir sıra toksin və ziyanlı maddələri orqanizmdən təmizləmək üçün təbii vasitələrdən də istifadə etmək mümkündür.Mujde.az bu gün oxucularına ev şəraitində bu iş üçün nələr etməyin mümkün olduğunu araşdıracaq.

Böyrək orqanizmin ən önəmli orqanlarından biridir. Böyrək hormon istehsalı və qanın kimyəvi balansı ilə məşğul olan orqanlardan biridir. Əgər böyrək zədələnsə, orqanizmin bütün mexanizmi pozula bilər.

Limon suyu


Lazımdır:

2 xörək qaşığı zeytun yağı;
4 xörək qaşığı limon suyu;
2 stəkan su;
1 xörək qaşığı alma sirkəsi

Hazırlanması

Zeytun yağı ilə limon suyunu qarışdırın, için. Yarım saat sonra qalan limon suyunu və alma sirkəsini qarışdırıb için. Bu məhlul böyrək daşına səbəb olan simptomların təsirini azaldır və böyrəkdəki daşları əridir.

Cəfəri çayı


Lazımdır:

1 xörək qaşığı cəfəri;
1 xörək qaşığı bal;
4 xörək qaşığı su

Hazırlanması:

Suyu qaynadın, cəfəri əlavə edin və ocağı söndürün. 25 dəqiqədən sonra bal əlavə edin və qarışdırın. Çayı şüşəyə tökün və 3 gün ərzində istifadə edin.

Gicitkən çayı

Lazımdır:

1 xörək qaşığı gicitkən;
2 stəkan su

Hazırlanması

Suyu qaynadın, içinə 1 xörək qaşığı gicitkən əlavə edin. Böyrək iltihabına faydalı olan bu məhlulu səhər və axşam 1  stəkan için.

Çəhrayı bəlğəmotu çayı

Lazımdır:

2 xörək qaşığı bəlğəmotu kökü və yarpaqları;
2 stəkan su

Hazırlanması:

Suyu isidin və çəhrayı bəlğəmotu kökü və yarpaqlarını əlavə edin. Ocağı söndürün, 10 dəqiqə gözləyin və çayı süzün. 7 gün gündə iki dəfə içmək məsləhətdir.

iyli kərəviz suyu


Lazımdır:

3 xörək qaşığı iyli kərəviz;
1 stəkan su

Hazırlanması:

Kərəviz çubuqlarını təmizləyin, doğrayın və su ilə birlikdə blenderdən keçirin. Süzün və ən azı bir ay müddətində gündə bir stəkan için.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir