Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş indi dünyada davam edən çətin durum barədə danışıb.
Azərbaycan Müjdələri bildirir ki, BMT Baş katibi bununla bağlı Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda düşüncələrini bölüşüb.
“Mən İkinci Dünya müharibəsi zamanı hələ doğulmamışdım, o zaman sözlərimin bir anlamı olmazdı. Ancaq indiki durum bütün həyatım boyu yaşadığım ən pis vəziyyətdir”, – deyə Quterriş vurğulayıb.
BMT Baş katibi beynəlxalq ictimaiyyət üçün başlıca problemlər kimi geosiyasi parçalanma və iqlim dəyişikliyini misal göstərib. Onun sözlərinə görə, indiki durum “soyuq müharibə” dövründə müşahidə olunandan da pisdir. Quterriş qeyd edib ki, bu gün dünyada münaqişələrin nəzarətdən çıxmasının qarşısını ala biləcək mexanizmlər çox azdır.