Bakıda hərbi parad: ordumuz ən müasir silahlarını nümayiş etdirəcək

Mujde.az Bu ilin  iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi həsr olunmuş hərbi parad keçriləcək”.

Bunu modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov  deyib.

Ehtiyatda olan polkovnik bildirib ki, budəfəki hərbi parad digərlərindən  bir neçə xüsusiyyətinə görə fərqlənəcək:

“Əvvəla, bu il iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Həmçinin bu paraddakı geyim forması da digərlərindən fərqlənəcək . Bildiyimiz ki, Azərbaycan Ordusunun geyim forması dəyişib. Həmçinin paradda müasir artilleriya, raket qurğuları, mühəndis istehkam qurğuları, təyyarələr, digər döyüş və döyüş təminatına aid olan silah-sursat nümayiş olunacaq. Düşünürəm ki, bu paraddan sonra düşmən qorxu içində olacaq. Bizim xalqımız isə qürur hiss duyacaq ki, Azərbaycan Silahlı Qüvvələri bu cür inkişaf edib”.

Hərbi ekspert deyib ki, Azərbaycan hansı yolla olursa, olsun öz ərazi bütövlüyünü təmin edəcək:

“Bu gün  Silahlı Qüvvələrimizin hər bir üzvü Ali Baş Komandandan əmr gözləyir. Ordumuzda böyük ruh yüksəkliyi, vətənpərvərlik tərbiyəsi var. Bu gün Azərbaycan əsgəri öz davranışı, döyüş hazırlığı ilə dünyaya nümunədir. Həmçinin bu gün ölkəmizin yüksələn iqtisadi potensialı Silahlı Qüvvələrin  inkişafına da öz təsirini göstərir.

Çünki bu gün güclü dövlət müasir silahlara malik ola bilər. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ordumuz günü-gündən güclənir, dünyanın ən güclü orduları sırasına daxil olub. Bildiyimiz ki, Azərbaycan Ordusu mütəmadi olaraq çöl paradları keçirir. Mən çöl paradları dedikdə hərbi təlimləri nəzərdə tuturam. Həmin təlimlərdə əsgərlərimiz, zabitlərimiz nəyə qadir olduqlarını göstəriblər. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyətindən beynəlxalq yarışlarda iştirak edən hərbiçilərimiz var. Onlar həmin yarışlarda yüksək nəticələr əldə edirlər. Ola bilsin ki, paradda nümayiş olunacaq silahlarımız gələcəkdə öz dağıdıcı imkanlarını düşmənə göstərəcək. Ermənistan Silahlı Qüvvələrini yerinə oturdacaq. Buna bizim həm dövlətimiz, həm də ordumuzun gücü imkan verir”.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir