Eurovision Song Contest 2018 (ESC-2018) mahnı yarışmasında Azərbaycanı təmsil edəcək müğənni Aysel Məmmədovanın (Aisel) X My Heart mahnısına çəkilmiş klipi təqdim olunub.
Azərbaycan Müjdələri Saytı bildirir ki, təmsilçimiz Aysel Məmmədovanın (Aisel) oxuduğu “X my heart” adlı mahnı Youtube-da paylaşılıb.
Aisel “X my heart” (Official music video) Eurovision 2018 Azerbaijan
Mahnının musiqisi bəstəkar-prodyuser Dimitris Kontopulosa, sözlər Sandra Byurmanındır.
Aysel Avropa səhnəsində oxuyacağı mahnı ilə bağlı İTV-yə açıqlama verib. O bildirib ki, studiyada musiqi yazılarkan onda xoş emosiyalar və ruh yüksəkliyi yaradıb:
“Mahnının sözləri ilə güclü bir bağlılıq duydum. Bu, mənim hamıya çatdırmaq istədiyim mesajdır: özünəinam səni hətta top mərmisindən də güclü edir.
Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir parçası ilə bağlılığını vurğulamasını çox bəyəndim. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.”