Avropa Birliyi (AB) Liviyada Türkiyəyə qarşı hərəkətə keçməyə hazırlaşır.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “EUobserver” dərgisi məlumat yayıb.
AB Türkiyənin regionda təsir gücünü azaltmaq üçün Liviyaya quru qoşunları və aviasiya qüvvələri göndərməyi planlaşdırır.
Türk ekspertlərin düşündüyünə görə, Qərb Türkiyənin Liviyadakı hərbi bazalarının ləğvi üçün Ankaraya təzyiq etməyi düşünür:
“Türkiyəni Liviyadan çıxarmaq istəyən Avropa bu ölkəni idarə edəcəyini düşünür. AB bunu Liviyanın qanuni hökuməti vasitəsilə etmək istəyir. Çünki Türkiyənin Liviyada güclü olmasının səbəbi bu ölkənin qanuni hökuməti ilə hərəkət etməsidir. Brüssel də bunun fərqindədir”.