“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”.
Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (ARMN) Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verilib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.
Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978), Ağdərə istiqamətində isə polkovnik Nikolay Mikaeloviç Aykyan (1972), Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib.
Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edildi
Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. Bununla bağlı ARMN-nin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:
“Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”.