Armen Sarkisyan Suriyalı muzdluların Ermənistan ordusunda döyüşdüyünü etiraf etdi

Ermənistan prezidenti Armen Sarkisyan “Əl Cəzirə” telekanalının efirində müxtəlif ölkələrdən gətirilən (onlar əsasən muzdlu döyüşçülərdir – red.) ermənilərin Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüklərini etiraf edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Armen Sarkisyan çıxışında bunları deyib:

“Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlara qoşulmasını qəbul edirik”, – deyən Ermənistan prezidenti qeyd edib ki, həmin ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.