Araz Ağalarov böyük biznesdən əvvəl hansı işlə məşğul olurdu?
Araz Ağalarovun uğurunun sirri nədədir?
“Mənim iki qanunum var, bundan bütün arxitektorlar və dizaynerlər yararlanırlar. Geyim seçərkən ilk növbədə rəng düşünürük. Mənim iş otağımın qapısı şokolad rəngindədir, mebellər isə ondan bir az açıq tondadır. Hər şey bir rəng tonunda qurulub. Bu, ilk tələbimdir. İkinci qanunum isə sadəlikdir. Rusiyada bu dəbdir: ofisdə qızılı mebellər, dəbdəbəli büllur əşyalar, bahalı rəsm əsərləri… Bu cür atmosfer məni yorur. Axı bura muzey deyil. Mənim üçün sadə, dostcasına bir ab-hava önəmlidir. İsti, mehriban məkanda qərarlar da düzgün qəbul edilir. İşdə eynifikirlilik olmalıdır. Sənin üçün bir layihənin müxtəlif variantını hazırlayan başqası olmalıdır. Əgər sən özün oturub hər xırdalığı düşünəcəksənsə, o zaman heç nəyə vaxtın çatmaz. İnanacağın insanların olması mütləqdir. Yeni layihə təqdim edilirsə, onun hər detalını araşdırmalısan. Əgər hər şey qaydasındadırsa, işə başlanılmalıdır. Bu, insanın əhvalını da yüksəldir. Ancaq işdə yanlışlıqlar görəndə əhval pisləşir. Narazılığımı həmin an işçiyə çatdırıram ki, ikinci dəfə mənə gərəksiz sənədlər gətirməsin”.