ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə planlaşdırılan görüşün vaxtında keçirilməmə ehtimalının yüksək olduğunu bildirib.

Ölkə.Az” xəbər verir ki, zirvə görüşü 12 iyun tarixinə planlaşdırılıb.

Tramp Sinqapurda planlaşdırılan zirvə görüşü ilə bağlı şübhələrini Vaşinqtona səfər edən Cənubi Koreya prezidenti ilə müzakirə edib. ABŞ lideri məsələ ilə bağlı jurnalistlərə deyib:

 “Böyük ehtimal edilir ki, görüş baş tutmayacaq. Amma görüşün heç vaxt keçirilməyəcəyini də demirəm. 12 iyunda olmaya bilər. Amma bu zirvə görüşünün keçirilmə şansı böyükdür. Şimali Koreyanın böyük bir dövlət olma şansı yüksəkdir və məncə bu şansdan istifadə etməlidirlər”.

Hikmət Həsənov
Ölkə.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir