Yeni bir veb-sayt hazırlamaq üçün doğurdan da maraqlı fikirlər necə yaranır? Nə üçün və kimin üçün sayt yaradaq? Haradan ilham almaq olar? Saytın kontenti qurularkən hansı mövzulardan istifadə edilə bilər və istifadə edilməlidirmi? Bir sayt hazırlanarkən nələr nəzərə alınmalıdır?
Əslində hər hansı bir fikrin uğurlu olub-olmayacağı, yəni saytın gəlir əldə edib-etməyəcəyi saytın tanıdılması və ən önəmlisi, doğru və düzgün yanaşmadan asılıdır. Uğurlu bir veb-saytın hazırlanması gözəl ideyanın seçilməsi ilə birlikdə, onun gələcəkdə uğurla həyata keçirilməsi üçün lazım olan kontentdən də asılıdır. Bunu isə sayt açmağa başlamazdan öncə düşünməliyik.
Daha ətraflı şəkildə anlaya bilməyimiz üçün hazırlanacaq sayta ideya tapılması üçün önəmli olan 3 addımı gözdən keçirək.
Addım №1.
Birincisi, üç qısa sualınıza cavab verməlisiniz:
1-ci Sual: Mən ən çox nəyi sevirəm? (Məsələn, oyunlar oynamağı yoxsa, gözəl yeməklər bişirməyi).
2-ci Sual: Mən ən yaxşı və ən uğurlu nə edə bilərəm və niyə başqaları ilə paylaşmalıyam? Bu oyun oynamaq, ya da yemək bişirmək də ola bilər.
Və Sonda 3-cü Sual: Bu mənim ətrafımdakı insanların maraqlarına və istəklərinə uyğun gəlirmi? (Yəqin ki, yeni oyunlar və ya yeyib-içmək qonaqlıqlarını sevən tanışlarınız vardır).
Addım №2.
Sıradakı addımın, ilk saytını qurmağa başlayanlarla birlikdə, veb-sayt yaratmaq üçün ideyaların inkişaf etdirilməsində böyük təcrübəsi olanlar üçün də faydası toxunacaqdır. Beləliklə, forumların, blogların, seçilmiş bir mövzudakı rəqib saytların monitorinqi, aşağıdakı mövzularda vebsayt yaratmağın uğurlu olduğunu göstərir.
Vebsayt yaratmaq üçün ən uğurlu 10 mövzunu diqqətinizə çatdırırıq.
- Avto
- Daşınmaz əmlak
- Tibb
- Maliyyə xidmətləri
- Sənaye malları
- Evlərin təmiri
- Gözəllik və sağlamlıq
- Şəxsi əşyalar
- Tanışlıq
- Mebel
Addım №3.
Eyni zamanda hədəf auditoriyanın öyrənilməsi saytın tanıdılması işində çox önəmlidir. Nəticədə, hər bir internet sayt hansısa qrup insanlar üçün yaradılır. Məsələn, qadınlar daha çox üstünlük verirlər (azalan sırayla):
- Tanışlıq
- İstirahət və boş vaxt
- İnternet xidmətləri
- Kadr axtarışı
- Evlərin təmiri
Kişilər (yenə də azalan sırayla) aşağıdakı mövzulardakı saytlara üstünlük verirlər:
- Avto
- Təhsil
- İstirahət və boş vaxt
- Sənaye malları
- Daşınmaz əmlak
Saytların yaradılmasında başlıca olaraq təməl yalnız vebsaytı qurmaq üçün gözəl bir fikir deyil, biznes strategiya olmalıdır. Biznes isə həmişə gəlirdir (ya da gəlirin artırılmasıdır). Təcrübə göstərir ki, TOP-da yalnız bir virtuoz ideyanın varlığına söykənən deyil, yaxşı düşünülmüş ticarət komponentinə əsaslanan saytlar var.
Vebsayt Açmaq Fikrinə Qərar Vermək Üçün 7 Nyuans:
- Əlbəttə ki, maraqlı olan auditoriya üçün mal və xidmətlərin həyata keçirilməsi.
- Reklam üçün bir platforma yaratmaq. Bu halda, aşağıdakı amilləri gözönünə almaq önəmlidir:
- Hədəf auditoriyası – reklamın əsas istehlakçıları kimi;
- Saytın tanıdılmasının və yayılmasının yüksək sürəti nəticəsində məşhur sayt.
- Onlayn rejimdə ödənişli xidmətlərin/məsləhətlərin verilməsi. Bu halda saytın mövzusu daha potensial istifadəçiləri cəlb etməlidir.
- Görünüşü gücləndirmək, kütləvi istehlakçıların gözündə güvən qazanmaq (əlavə reklam tələb etməyən yetərincə tanınmış məhsul/xidmətlərin yardımıyla). Sayt kommersiya məqsədindən çox, bir şirkətin, məhsulun, ya da xidmətin yaranma tarixiylə bağlı məlumatlar verə bilər.
- Başqa reklam variantları üçün minimum xərclər (məsələn, offline).
- Potensial biznes tərəfdaşları və ya investorları cəlb etmək.
- Xarici biznes tərəfdaşları ilə uzunmüddətli işgüzar əlaqələrdə olmaq.
İnkişaf prosesində vebsaytın texniki detalları üzərində təkmilləşmə aparılır, mənalı məzmun artırılır və sayt cəlbedici multimedia faylları ilə doldurulur. Əlbəttə ki, vebsaytın hazırlanması üçün onun üzərində işləmək, vaxt və səy sərf etmək üçün SEO mütəxəssisləri, dizaynerlər, kopiraynerlər və marketoloqlara üz tutmaq məqsədəuyğundur. Necə deyərlər, hər kəs öz bacardığı işi görməlidir.