Yay mövsümünün meyvələrindən biri də tutdur.
Mujde.az xəbər verir ki, məşhur dietoloqlar tutun 10 faydasından bəhs ediblər. Bu faydaları oxucularımızla bölüşürük.
Xolesterolu azaldır
Tut kimi qidalar bağırsaq hərəkətlərini nizamlayaraq həzm edilən qidaların uzun müddət bağırsaqda qalmasını və zərərli maddələrin geri sovrulmasının qarşısını alır. Bundan başqa yağın bağırsaqdan geri sovrulmasının qarşısını alaraq xolesterol miqdarını azaldır. Eyni zamanda tutun tərkibindəki üzvi maddələr ürək və damar sisteminə faydalıdır.
İmmunitet sistemini gücləndirir
C vitamini orqanizmi ziyanlı mikro orqanizmlərə və kanserogenlərə qarşı qoruyan ən önəmli və ən güclü antioksidantlardan biridir. Bir ovuc tut gündəlik C vitamini qəbuluna dəstəkdir. İmmunitet sistemini gücləndirir. Səhər qəhvəaltısına tut əlavə etmək məsləhət görülür.
Qanı artırır
Tutun tərkibindəki dəmir qırmızı qan hüceyrələrini artırır. Qırmızı qan hüceyrələri isə toxuma və orqanların oksigenlə təminatını artırır, metabolizmanı sürətləndirir. Bundan başqa qan azlığı və dəmir azlığının da qarşısını alır.
Gözə faydalıdır
Tutun tərkibindəki zeaksantin xüsusilə gözdə yarana biləcək stresin qarşısını alır. Katarakt kimi xəstəliklərə qarşı da qoruyur.
Qan təzyiqini normallaşdırır
Tutun tərkibindəki resveratol maddəsi qan damarlarındakı müəyyən mexanizmlərin fəaliyyətinə birbaşa təsir edir. Bu maddə qan damarlarında daralmanın qarşısını alan nitrium oksidin ifrazını təmin edir, qan təzyiqini aşağı salır və ürək sancısı kimi xəstəliklərin qarşısını alır.
Xərçəngə qarşı qoruyur
Tərkibində A və C vitaminləri, antioksidant sayəsində tut xərçəngə qarşı mübarizə aparan meyvələrdən sayılır. Antioksidantlar hüceyrələrə ziyan vuran və xərçəngli hüceyrə yaranmasına səbəb olan maddələrin təmizlənməsinə kömək edir. Tutun tərkibində olan müxtəlif antioksidantlar hüceyrələrə ziyan vuran sərbəst radikalların qarşısını alır və orqanizmi xərçəngə qarşı qoruyur.
Həzmə kömək edir
Gündəlik 1 pors tut qəbul etmək orqanizmin lif ehtiyacının 10%-ini təmin edir. Bu isə həzmə kömək edir, qidaların bağırsaqdan keçməsini sürətləndirir, bağırsaq hərəkətlərini normaya salır. Bununla da qəbz və qaz probleminin qarşısını almağa kömək edir.
İnfeksiyalara qarşı savaşır
Aparılan təqdiqatlar sübut edib ki, tutun yarpaqları da faydalıdır. Tut yarpağının çayı oranizmin xroniki xəstəliklər və ağrılara qarşı müqavimətini artırır. İnfeksiyalara qarşı qoruyur və ağrıları azaldır. Amma qan təzyiqi xəstələri və müntəzəm dərman qəbul edən şəxslər tut yarpağından hazırlanan çayı içmədən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Sümükləri gücləndirir
Tutun tərkibində kalisum, dəmir, fosfor, maqnezium maddələri var. Bu maddələr sümük toxumasının yaranması və qorunması üçün faydalıdır. Yaş artdıqca güclü sümüyə sahib olmaq, sümük probleminin qarşısını almaq, osteoporoz və digər sümük problemlərinin qarşısını almaq üçün gündə 1 ovuc tut yemək lazımdır.
Erkən yaşlanmanın qarşısını alır
Tut dəridəki ləkə və qırışıqları azaldır, saç sağlamlığına kömək edir. Tutun tərkibindəki zəngin maddələr, A vitamini dəri sağlamlğını qoruyur, erkən qocalmanın qarşısını alır.