Nizaməddin Quliyevin təqib etdiyi fermerdən şok addım

Goranboyda təqib edilən qocaman fermer Akif Rzayev Prezident İlham Əliyevə qurban dediyi quzularını Daşkəsəndə kəsdi… Mərasimdə Daşkəsən RİH başçısı Əhəd Abiyev çıxış edib.
Sonra tanınmış fermer Akif Rzayevin qurbanlıqları kəsilib. Bu barədə qocaman fermer özü «Mujde.az»a məlumat verdi: 
 Mən ənənəvi olaraq bu il də dediyim qurbanları kəsdim. Belə ki, bu il Prezident İlham Əliyevin yenidən prezident seçilməyi şərəfinə qurbanlar demişdim, Daşkəsənin icra başçısı Əhəd Abiyevin də iştirakı ilə həmin qurbanlar kəsildi, ehtiyaclı insanlara paylandı… Qurban kəsilərkən Allahdan bir arzumu da dilədim… Bilirsiniz ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev məni təqib edir, təsərrüfatımı ələ keçirmək istəyir. Dedim, Allah, göydə sən, yerdə də cənab Prezidentimiz İlham Əliyev halal işlərə pəl vuranlara qənim olsun, Allah özü cəzasını versin…Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir