Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 34 baş məsləhətçisindən 7-si iyunun 24-də keçirilən seçkilərdə deputatlığa namizədlər sırasında ola bilmək üçün istefa verib.
mujde.az xəbər verir ki, 7 baş məsləhətçi AKP-nin keçmiş vəkillərindən olub. Onların adlarının Alov Dədəgil, Ayşə Türkmənoğlu, Gülay Samancı, Gülşən Orxan, Seyid Sərtçelik, İhsan Şenər və Özləm Zəngin olduğu bildirilib.
Qeyd edək ki, bəzi baş məsləhətçilərin millət vəkilliyi üçün icazə ala bilmədiyi bildirilib. Baş məsləhətçi vəzifəsindən imtina etmək üçün Ərdoğandan müsbət cavab gözləyən şəxlərin “ayrılma” cavabı aldıqları söylənilir.