“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrdən birinə çevrilib”.
“Milliyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.
“Makronun müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə verdiyi “İslam böhrandadır” açıqlaması hörmətsizlikdən də əlavə açıq şəkildə təxribatdır. Sən kimsən ki, İslamın strukturlaşdırılması kimi bir açıqlamanı dilinə gətirirsən. Bu, hədsizlikdir, ədəbsizlikdir. Avropada yaşayan müsəlmanların canı, malı o ölkələrə əmanətdir. Belə bir təxribata səssiz qala bilmərik”, – deyə R.Ərdoğan bildirib.