Bal yarmarkası davam edir

Sentyabrın 28-dən başlayan və artıq 8-ci gündür ki, davam edən arıçılıq məhsullarının 20-ci respublika satış və sərgi yarmarkası Bakı sakinlərinin xidmətindərir.

Yarmarkada Ümumilikdə 37 rayon və bölgədən 321 arıçı iştirak edir. Hər il mütəmadi olaraq keçirilən bal yarmarkası bu ildə alıcıların marağına səbəb olub.

Müxtəlif bölgələrdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxslər öz məhsullarını yarmarkada satışa çıxarıblar.

Satıcılar tərkibi dəmirlə zəngin min bir dərdin dərmanı olan müxtəlif çeşiddə bal növlərini paytaxt sakinlərinə təklif edirlər.

Bundan başqa yarmarkada arı südü, mumu, pətək, çiçək tozu və digər arıçılıq məhsullarına da rast gəlmək mümkündür.

Yarmarkaya vətəndaşların daha rahat gəlməsi üçün paytaxtın 4 nöqtəsindən ödənişsiz avtobuslar ayrılıb ki, bu avtobuslar vasitəsilə paytaxt sakinləri birbaşa yarmarkaya gələrək alış veriş edib sonra həmin avtobuslarla öz ünvanlarına qayıda bilərlər. Həmin ünvanların nəzərinizə çatdırırıq Badamdar qəsəbəsi H. Əliyev parkının yanı, 28 may metrosunun qarşısı, Yasamal rayonunda Xiyabani küçəsi 10C və Bakıxanov qəsəbəsi Bakıxanov ticarət mərkəzinin qarşısından üzərində bal yarmarkası qeyd olunmuş avtobuslarla bal yarmarkasına rahat və ödənişsiz gələ bilərlər.

Xatırladaq ki, yarmarka oktyabr adının 18-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir