Tramp xəbərdarlıq etdi: İrana ən böyük hücum hələ qarşıdadır

ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun hazırda Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının lideri Tramp öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, zərbələr İranın Hörmüz boğazına dəniz minaları yerləşdirməyə çalışması, eyni zamanda İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atması ilə əlaqədardır. ABŞ prezidentinin sözlərinə görə, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Tramp xəbərdarlıq edib ki, İran ABŞ-nin “tamamilə əsaslandırılmış” hücumuna cavab verərsə, daha güclü zərbələrlə üzləşəcək.

“Bu, bütün hücumların ən böyüyü olmayacaq. Ən böyük hücum hələ qarşıdadır. O başa çatdıqda İran İslam Respublikasından çox az şey qalacaq”, – Tramp bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir