Tramp: Lənətə gəlmiş Hörmüz boğazını açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Hörmüz boğazından hərəkəti bərpa etməzsə, çərşənbə axşamı həm İranın elektrik stansiyalarına, həm də körpülərə zərbələr endiriləcək.

Azərbaycan Müjdələri bildirir ki, Ağ Evin rəhbəri bununla bağlı “Truth Social” platformasında yazıb.

“Çərşənbə axşamı İranda eyni vaxtda “elektrik stansiyaları günü” və “körpülər günü” olacaq”, – deyə o vurğulayıb.

“Lənətə gəlmiş boğazı açın, əks halda, cəhənnəmdə yaşayacaqsınız”, – deyə Ağ Ev lideri sözlərini bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir