Tramp: İranla anlaşma çərçivəsində Hörmüz boğazı açılacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla hazırlanmaqda olan razılaşma çərçivəsində Hörmüz boğazı yenidən gəmiçilik üçün açılacaq.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı o, özünün “Truth Social” platformasındakı paylaşımında bildirib.

Tramp qeyd edib ki, indi anlaşmanın son detalları müzakirə olunur və yaxın zamanda onun tam məzmunu açıqlanacaq.

Onun sözlərinə görə, anlaşmanın digər bəndləri ilə yanaşı, Hörmüz boğazında dəniz nəqliyyatının bərpa olunması da nəzərdə tutulur.

ABŞ və İran tərəfinin məsələ ilə bağlı rəsmi açıqlamaları daha sonra təqdim edəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir