ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Tehran Vaşinqtonla saziş bağlamalıdır, əks halda ABŞ İrana qarşı qətiyyətli tədbirlər görə bilər.
Azərbaycan Müjdələri bununla bağlı “İnterfax” agentliyinə istinadən xəbər verir.
“Biz saziş bağlamalıyıq, əks halda durum çox ağrılı olacaq”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Dövlət başçısı qeyd edib ki, onun İranla saziş imzalamağa xüsusi həvəsi yoxdur, ancaq bunu zəruri hesab edir. Tramp əlavə edib ki, əgər Tehranın təklif etdiyi razılaşmalar ədalətli və faydalı olmasa, İran üçün “çox ağır vaxtlar” yaxınlaşacaq.
Bununla yanaşı, Tramp İranla istədiyi qədər uzun müddət danışıqlar aparmağa hazır olduğunu vurğulayıb: “Mən onlarla istənilən qədər danışacağam və saziş bağlaya bilib-bilməyəcəyimizi görəcəyik”.