“ABŞ İrana qarşı nüvə silahından istifadə etmək niyyətində deyil. Vaşinqtonun Tehranla bağlayacağı saziş isə bütün dünyanı “nüvə silahlı dəlilər”dən qorumalıdır”.
Azərbaycan Müjdələri RBC-yə istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
Jurnalist prezidentə ABŞ-nin İranda nüvə silahı tətbiq etməyə hazırlaşıb-hazırlaşmadığı barədə sual verib.
“Yox. Nə qədər axmaq sualdır – bu mənim nəyimə gərəkdir? Onları konvensional üsulla tamamilə məhv etdiyimiz halda, mən niyə nüvə silahından istifadə etməliyəm?”, – deyə Donald Tramp cavab verib.
“Mən ölkəmizin və bütün dünyanın “nüvə silahlı dəlilər”dən təhlükəsizliyini təmin edəcək bir saziş bağlamaq istəyirəm”, – deyə respublikaçı lider əlavə edib. O, həmçinin qeyd edib ki, saziş məsələsində tələsmək istəmir.
Tramp: “İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər”
“İranlı mütəxəssislər ABŞ-yə çata biləcək raketləri kifayət qədər qısa müddətdə hazırlaya bilərlər. Onların artıq Avropanı vura biləcək raketləri var, ancaq bizə çata bilmirlər. Bununla belə, əgər biz bu problemin həlli üçün heç nə etməsək, çox güman ki, yaxın gələcəkdə onların ABŞ-ni təhdid edə biləcək raketləri də olacaq”, – deyə Tramp vurğulayıb.