Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranla silahlı münaqişənin sonlandırılması ilə bağlı hər hansı bir anlaşma əldə etməyə can atmadığını bəyan edib.
Azərbaycan Müjdələri bildirir ki, ABŞ lideri bununla bağlı özünün “Truth Social” şəbəkəsindəki hesabında paylaşım edib.
“Saxta “ABC News” tərəfindən yayılan məlumatların əksinə olaraq, mən İranı danışıqlar masasına əyləşdirməyə çalışmıram. Onlar üçün heç bir əhəmiyyəti olmayan bir müqaviləni imzalayıb-imzalamamaları mənim üçün qətiyyən maraqlı deyil. İndiki durumumuz məni daha çox qane edir. Belə ki, Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə qaçılmaz olanı ləngidirlər. Bəs İran xalqı nə vaxt üsyan edərək mübarizəyə qalxacaq?” – deyə Donald Tramp qeyd edib.