“Sabah” FK UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı

“Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Azərbaycan Müjdələri bildirir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edən Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Matçda ilk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olmaqla yanaşı, Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində qazandığı ilk qələbə kimi də tarixə düşüb.

https://www.youtube.com/watch?v=P3FyOD5N4Es

Bakı Olimpiya Stadionunda keçirilən və 2:0 hesabı ilə başa çatan qarşılaşmanın ən yaxşısı “Sabah”ın hücumçusu Coy-Lens Mikels seçilib. O, oyunun 88-ci dəqiqəsində komandasının ikinci qolunu vurub.

Yada salaq ki, “Sabah” ilk qarşılaşmasında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund” klubu ilə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir