Rusiyada meşəyə göbələk yığmağa gedən iki qadını ayı parçaladı

Rusiyanın Krasnoyarsk bölgəsinin Yenisey dairəsində meşəlik ərazidə iki qadının meyiti aşkar edilib. Meyitlər xilasedicilər tərəfindən tapılıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı yerli qurumlar rəsmi məlumat yayıblar.

Bundan öncə Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları iki təqaüdçü qadının tapılması istiqamətində əməliyyat həyata keçirirdilər. Avqustun 31-də göbələk yığmaq məqsədilə evdən çıxan qadınlar itkin düşmüşdülər. Axtarış tədbirlərinə polis əməkdaşları və könüllülər də cəlb olunmuşdular.

Məlumata görə, tapılan qalıqların üzərində vəhşi heyvanın hücumuna xas olan izlər müşahidə edilib. Qadınların ayı tərəfindən parçalandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir