Putin: Rusiya Ermənistandan mümkün qədər tez referendum keçirməsini xahiş edir

“Rusiyanın Ermənistandan yalnız bir xahişi var – Avropa Birliyinə (AB) qoşulma məsələsi ilə bağlı referendumun mümkün olduğu qədər tez bir zamanda keçirilməsi”.

Azərbaycan Müjdələri TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

“Biz yalnız bunu xahiş edirik, özəlliklə ona görə ki, baş nazir Nikol Paşinyanın özü bu yaxınlarda bu məsələ (Ermənistanın AB-yə qoşulması) üzrə referendumun keçirilməsini zəruri saydığını deyib. Bizim yalnız bir xahişimiz var – bunu mümkün qədər tez edin”, – deyə Rusiya lideri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir