Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Azərbaycanda gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Azərbaycan Müjdələri VM Consulting MMC-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bununla bağlı artıq göstəriş verildiyini açıqlayıb: “Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”.

Prezident bu istiqamətdə həyata keçirilən siyasətin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb: “Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”.

İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün iqtisadi inkişafın vacibliyini də qeyd edib və Azərbaycanın ümumi iqtisadi potensialının kifayət qədər güclü olduğunu bildirib.

Mənbə: Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir