“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəal iştiraka qayıtmayacaq”.
Azərbaycan Müjdələri bildirir ki, baş nazir Nikol Paşinyan bu bəyanatla Vətəndaş Sazişi Partiyasının seçkiqabağı proqramının çoxtərəfli əməkdaşlıq formatlarına aid müddəalarını açıqladığı videomüraciətində çıxış edib.
“Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-yə üzvlüyü dondurulub və fəal iştiraka qayıtmaq üçün heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda da öz əksini tapıb”, – deyə Nikol Paşinyan vurğulayıb.
Yada salaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.