Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı seçkidə qələbəsi münasibətilə təbrik etməyib.
Azərbaycan Müjdələri TASS-a istinadən məlumata verir ki, Paşinyan bunu jurnalistlərə açıqlamasında bildirib.
Media nümayəndələri məsələyə aydınlıq gətirilməsini xahiş etdikdə isə, Paşinyan – “Bunu istəmirdim, bu səbəbdən də təbrik etmədi”, – ifadəsini işlədib.
Baş nazirdən Putinin təbriklərinin onun üçün önəmli olub-olmadığı da soruşulub. “Bilirsiniz, sual budur ki, o, kiminlə danışıb?” – deyə Paşinyan bildirib.
O, həmçinin Rusiya prezidenti ilə görüşü də istisna etməyib. “Ən azından, mütləq müzakirələr və əlaqələrimiz olacaq… Yaxın gələcəkdə görüşmək barədə danışdıq, ancaq hələlik konkret bir qərar yoxdur”, – deyə baş nazir bildirib.
Yada salaq ki, Vladimir Putinlə Nikol Paşinyan arasında iyulun 27-də telefon vasitəsilə danışıq baş tutub. Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, liderlər ikitərəfli əlaqələrin gündəliyini, özəlliklə də iqtisadi sferadakı məsələləri müzakirə ediblər.
Kremlin yaydığı açıqlamada isə qeyd olunub ki, danışıqlar zamanı Ermənistanın Avropa Birliyinə qoşulması, ya da Avrasiya İqtisadi Birliyində fəaliyyətini davam etdirməsi ilə bağlı ən qısa müddətdə ümumxalq referendumunun keçirilməsinin önəmi diqqətə çatdırılıb.