Orban: Ukraynanın AB-yə alınması Macarıstana “açıq müharibə elanı”dır

V.Orban Avropa Birliyinin (AB) Ukraynanın təcili şəkildə birliyin tərkibinə alınması planlarının Budapeştə qarşı “açıq müharibə elanı” olduğunu deyib.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Macarıstan Baş Naziri Viktor Orban özünün “X” hesabında yazıb.

Orban Brüssel və Kiyev tərəfindən razılaşdırılmış beş maddəlik planı təqdim edən “Politico” nəşrinin paylaşımına istinad edib. Bu plana görə, Ukrayna artıq 2027-ci ildə Avropa Birliyinin üzvü ola bilər.

“Brüssel elitasının rəsmi nəşri olan “Politico” Brüssel və Kiyevin son müharibə planını yayımlayıb… Bu yeni plan Macarıstana qarşı açıq müharibə elanıdır”, – deyə Orban bildirib.

Onun sözlərinə görə, AB rəhbərliyi Macarıstan xalqının mövqeyini görməzdən gəlir və ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. Orban bəyan edib ki, Brüssel Macarıstanda müxalifətin hakimiyyətə gəlməsində maraqlıdır, çünki bu halda veto hüququ və AB qərarlarına müqavimət olmayacaq. Orban, həmçinin aprel ayında keçiriləcək qarşıdan gələn seçkidə bu planların dayandırılmasına çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir