Nikol Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq istəyirlərsə, çıxarsınlar

“Bizi KTMT-dən çıxarılmaqla hədələməyə ehtiyac yoxdur. Çıxarmaq istəyirlərsə, çıxarsınlar”.

Azərbaycan Müjdələri bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Kremlin özü Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirib:

“Biz də mövqeyimizi bildiririk: çıxarmaq istəyirlərsə, çıxarsınlar… 2021-ci ilin sentyabr hadisələri göstərdi ki, Rusiya 102-ci hərbi bazasının Ermənistanın güvənliyi üçün həyati önəmi yoxdur”.

Paşinyan əlavə edib ki, Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq istəsə, buna etiraz etməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir