Müdafiə naziri xidməti otağında Qarabağdakı erməniləri izləyir

Azərbaycan Ordusu ən müasir kəşfiyyat və idarəetmə sistemi ilə təchiz olunub”.

Mujde.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, o, xidməti otağından və ya idarəetmə məntəqəsindən bütün işğal olunmuş torpaqlarımızın dərinliyini onlayn rejimdə izləyir:

“Bu baxımdan dərhal qərar qəbul etmək və göstəriş vermək imkanındayam. Yəni, düşmənin orada istənilən bir hərəkətinə nəzarət edə bilirik. Bizim, hətta onların insanlarının hərəkətlərini izləmək imkanımız var. Onların fəaliyyəti isə öz xalqına yalan danışmaqdan ibarətdir”.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir