Messidən yeni rekord

Messi cari çempionatda artıq 21-ci qolunu vurub.

“Barselona” futbol klubunun kapitanı Lionel Messi İspaniyanın çempionatları tarixində rekord göstəriciyə imza atıb.

O, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran yeganə oyunçu kimi düşüb.

Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Katalon klubu 22-ci turda, “Valensiya”ya qarşı matçda arqentinalı hücumçunun sayəsində (iki qol) məğlubiyyətdən yayınaraq, qarşılaşmanı 2:2 hesabı ilə başa vurub.

Hazırda “Barselona” 50 xalla turnir cədvəlinə başçılıq edir. Siyahıda ikinci yerdə Madridin “Atletiko” klubu qərarlaşıb. Bu komanda 21-ci oyundan sonra 44 xal toplayıb.

Qeyd edək ki, “Barselona” futbol klubunun kapitanı “Valensiya” ilə 2:2 başa çatan oyun zamanı bud nahiyəsindən zərbə alıb.Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir