“Mançester Yunayted”in qapıçısı “qızıl əlcək” mükafatına layiq görülüb

“Mançester Yunayted” qapıçısı David De Xea “qızıl əlcək” mükafatına layiq görülüb.Apasport.az saytının məlumatına görə, “Vest Hem”lə səfər matçında 0:0 hesablı bərabərliklə ayrılan komanda bununla da gümüş medalları təmin edib.

“Qırmızı şeytanlar”ın ispaniyalı qapıçısı isə mövsümboyu “quru” oyunların sayına görə rekordçu olub.

18 oyunda qapısını toxunulmaz saxlayan De Xea “qızıl əlcək” mükafatına sahib olub.

Qeyd edək ki, sona bir tur qalmış onun ən yaxın izləyicisi “Mançester Siti”li Edersondur – 16 “quru” oyun.     Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir