Məşhur xanım müğənni həbs edildi – prezidenti təhqir etdiyinə görə (VİDEO)

Türkiyənin məşhur müğənni prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün həbs cəzası verilib.

Mujde.az xəbər verir ki, İstanbul məhkəməsinin qərarı ilə prezidenti təhqir edən müğənni Zuhal Olcaya 11 ay 20 günlük həbs cəzası verilib.

Xatırladaq ki, 2016-ci il 5 avqust tarixində İstanbul istirahət mərkəzlərinin birində səhnəyə çıxan sənətçi Zuhal Olcay, “Boş vermişəm dünyanı” adlı mahnısını söylədiyi zaman musiqinin sözlərini dəyişib. O oxuduğu mahınıda “Rəcəb Tayyib Ərdoğan hamısı boş, hamısı yalan, bir gün həyat bitəcək, deyərsən görmüşəm yuxu” bildirib. Konsertdə bu görüntünü çəkən şəxslərdən biri müğənini Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə məhkəməyə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir