Kim Çen generalı edam etdirdi — Hərbçilərə əlavə yemək payladığına görə

Mujde.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Bildirilir ki, yüksək vəzifəli məmuru Pxenyanda hərbi akademiyanın ərazisində güllələyiblər.

Ona qarşı vəzifədən sui-istifadə, düşmənə kömək və partiya əleyhinə fəaliyyət ittihamları irəli sürülüb.

Onun cəzalandırılmasına səbəb generalın tabeliyində olan hərbçilərə və onların ailələrinə əlavə pay verməsi olub. Belə ki, hərbi xidmətçilərə 1 ton əlavə yanacaq, 580 kiloqram düyü və 750 kiloqram qarğıdalı paylanılıb. Bu isə Kim Çeni özündən çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir