İrandan ABŞ-yə ultimatum: Nə Hörmüz açılacaq, nə də danışıqlar başlayacaq

“Vaşinqton Tehranın daha öncə irəli sürdüyü yeddi şərti qəbul etməyənədək İran ABŞ ilə danışıqları bərpa etmək və Hörmüz boğazını açmaq niyyətində deyil”.

Azərbaycan Müjdələri IRIB telekanalına istinadən bildirir ki, bunu İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai deyib.

“Biz artıq keçmişə, İslamabad memorandumu ilə bağlı duruma, ya da böhrandan öncəki mərhələyə qayıtmayacağıq. Əgər Birləşmiş Ştatlar İran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməzsə, nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq”, – deyə o, İran dövlət televiziyasının efirində bildirib.

Rzainin sözlərinə görə, İran danışıqlar aparmağa tələsmir, çünki ABŞ ilk növbədə “İran xalqının etimadını qazanmalıdır”. O həmçinin vurğulayıb ki, indiki yeddi şərt öncəkilərdən köklü şəkildə fərqlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir