“Tesla”, “SpaceX”, “xAI” şirkətlərinin rəhbəri, milyarder İlon Mask gələcəkdə bütün iş yerlərini robotlar və süni intellektin tutacağını ehtimal edir.
Azərbaycan Müjdələri redaksiyası bildirir ki, o, bununla bağlı “X” hesabında amerikalı sahibkar Ceyson Kalakanisin paylaşımına cavab olaraq yazıb.
“Süni intellekt və robotlar bütün iş yerlərini tutacaq. İşləmək istəyə görə olacaq, məsələn, mağazadan almaq əvəzinə öz tərəvəzlərinizi yetişdirə bilərsiniz”, – deyə Mask bildirib.
Onu da bildirək ki, Kalakanis “The New York Times” qəzetinin ABŞ-nin “Amazon” şirkətinin 75% iş əməliyyatlarını avtomatlaşdırmaq planları barədə paylaşım edib. Məlumata görə, “Amazon” 2033-cü ilə qədər olan dövrdə 600 mindən çox iş yerində işçiləri robotlarla əvəz etməyi planlaşdırır.