Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

Mujde.az Trend-ə istinadən bildirir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

İki polis əməkdaşı vezifəsini yerinə yetirərkən şəhid olublar.Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir