Gəncədə 2017-ci ilin Yekunları və 2018-də Qarşıda Duran Vəzifələrə Dair Hesabat Yığıncağı

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağında Prezident İlham liyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Hesabat yığıncağını giriş sözü ilə açan şəhər rəhbəri bildirib ki, Gəncə şəhərində 2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. Nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək. 2018-ci ildə Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq.

Elmar Vəliyev bildirib ki, 2017-ci ildə şəhərdə sənaye xarakterli sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 351 milyon 277 min manatlıq məhsul istehsal olunaraq, özündən əvvəlki il ilə müqayisədə 0,5 faiz çox sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilib.

Gəncə şəhəri Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən 4 ədəd bir bloklu çoxmərtəbəli binalardan on mərtəbəli, 60 mənzilli binanın inşası davam etdirilir və cari ildə yeni on mərtəbəli binanın inşasına başlanılacaqdır. Ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli “Otel Univermaq”ın, Hacıkənd qəsəbəsində 7 mərtəbəli “ARFA” mehmanxanasının və Nizami Gəncəvi Sələfləri və Xələfləri adlı parkın inşası davam etdirilir.

Ölkə başçısı 2017-ci ildə Gəncəyə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak etmiş, “Majestic Palace” otelinin tikintisi ilə, “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuş, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, “Grand Qafqaz” Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi ziz liyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak etmiş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Eyni zamanda Heydər liyev prospekti ilə Həsən liyev küçəsinin kəsişməsindəki yeraltı keçid 3 çıxışlı, uzunluğu 70 metr, eni 4,4 metr, hündürlüyü 3,7 metr olmaqla 1000 kv.metr sahədə qranit və mərmər döşənmiş, tavan dekorativ elementlərlə bəzədilmiş, dekorativ işıqlanma sistemi quraşdırılmışdır. Hər iki yeraltı keçiddə yağış sularının kənarlaşdırılması üçün nasosxana tikilərək istifadəyə verilmişdir. 2017-ci ildə 280 şagird yerlik “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya”nın tədris korpusu və yataqxanası, 1 min 76 şagird yerlik 14 nömrəli və 2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir. 2017-ci il ərzində ümumilikdə 360 yerlik 1 və 44 nömrəli Körpələr evi-uşaq bağçaları müasir tələblərə uyğun əsaslı təmir edilərək istifadəyə verilmiş, Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilməkdədir.

Şəhər üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2017-ci ilin əvvəlindəki 372,5 meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 450,5 meqavoltamperə çatdırılmışdır. 2017-ci il ərzində şəhərdə qaz təchizatının yaxşılaşdırılması, sənaye və məişət istehlakçılarına verilən qazın təzyiq rejimlərinin nizamlanması və qaz itkisinin qarşının alınması məqsədilə ayrı-ayrı ünvanlarda 1 min 420 ədəd qaz tənzimləyici şkaf və 718 ədəd siyirtmə əsaslı təmir və təftiş edilərək istifadəyə verilmiş, 1 ədəd yeni qaz tənzimləyici şkaf, 1 ədəd siyirtmə quraşdırılmışdır. Gəncə şəhər “Filarmoniya bağı”nda Azərbaycan Respublikasının məkdar İncəsənət Xadimi görkəmli bəstəkar Qəmbər Hüseynlinin hündürlüyü 2, pyedestalla isə 4 metr olan abidəsi ucaldılmış, memarlıq incisi sayılan bu abidənin ətrafı abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Gəncə Şəhər İcra Hakimiyyəti əhalinin sağlamlığını, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, onların təmiri, müasir avadanlıqlarla təchiz olunmasını daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Gəncə şəhər Psixiatriya Xəstəxanası üçün beynəlxalq standartlara uyğun müasir 2 korpus və yardımçı binaların tikintisinin bünövrəsi qoyulmuşdur. Endokrinoloji Xəstəxana əsaslı təmirdən sonra müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.

Elmar Vəliyev 2018-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, Gəncə Dövlət Dram Teatrının, Heydər liyev Park Kompleksində İdman Sarayının, 249 mənzilli yataqxananın yeni binasının inşası, Gəncəçay sol sahilində Park Bulvar Kompleksinin salınmasının başa çatdırılması nəzərdə tutulub. Bundan başqa Nizami prospektinin 45 metr enində genişləndirilməsi, köhnə bazarın ətrafı və çayın kənarının abadlaşdırılması 2018-ci ildə görüləcək işlərdəndir. Süni mərmər qranit zavodunda 400 nəfər, kərpic zavodunda isə 100 nəfərdən çox insan işlə təmin olunacaq. Bu zavodların da 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin cari ildə beş otelin açılışı nəzərdə tutulub. Hacıkənd qəsəbəsində bir otel inşa olunub, ikincisinin inşasına başlanılacaq. Gəncə şəhərində isə mərkəzi univermaqın arxasında bir otelin inşası davam edir. Şah Abbas və Ugurlu xan karvansaraları tam təmirli sürətdə otel olaraq istifadəyə veriləcək.

Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov hesabat yığıncağında çıxış edərək 2017-ci il ərzində Gəncə şəhərində görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.Vəfadar Bağırov ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Gəncədə aparılan uğurlu işləri, şəhər rəhbərliyinin təşkilatçılığı və gəncəlilərin öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirdi.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham liyevə müraciət qəbul olunub.

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir