Ekspert: Superintellektual sistemlər insanların sonunu gətirə bilər

“Google DeepMind” şirkətindən ayrılan tədqiqatçı Bilal Çuqta “X” sosial platformasında paylaşım edərək bəşəriyyətin süni intellektin yarada biləcəyi qlobal təhlükələrin qarşısını almaqda gecikə biləcəyini bildirib.

Azərbaycan Müjdələri bildirir ki, ekspertin sözlərinə görə, o, “Google” daxilində süni intellektin inkişaf prosesini yaxından izləyib və bu texnologiyanın indiki inkişaf istiqamətindən ciddi narahatdır. Süni intellektin optimallaşdırılması və təhlükəsizliyi sahəsində çalışmış mütəxəssis yazıb:

“Süni intellektin hər birimizi yox etmək gücü olduğuna doğurdan da inanıram… Gələcəkdə durum daha da gərginləşəcək. Ehtimal edirəm ki, yaxın illərdə bu sahədə çalışan korporasiyalar bütün sahələrdə insan potensialını geridə qoyacaq superintellektual sistemlər yaradacaqlar. Həmin süni intellekt sistemlərinin bizim mənafelərimizə uyğun hərəkət edəcəyinə şübhə ilə yanaşıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir