Tanınmış Hollivud ulduzu, müğənni və aktrisa Cennifer Lopes “Today” proqramında iştirak edərkən “Xidməti roman” (Office Grump) filminin çəkilişlərindəki həmkarı Brett Qoldstinlə sevgili olmaları ilə bağlı yayılan iddiaları təkzib edib.
Azərbaycan Müjdələri “Daily Mail”ə istinadən bildirir ki, verilişin aparıcısı Savanna Qatri birbaşa aktrisaya və B.Qoldstinə aralarındakı münasibətlərlə bağlı sual ünvanlayıb.
Özəl həyatı uzun illərdir medianın diqqət mərkəzində olan sənətçi bildirib ki, hər hansı bir aktyorla eyni layihədə yer aldıqda dərhal onlara “sevgili” damğası vurulur. Aktrisa Qoldstinlə aralarında heç bir romantik yaxınlığın olmadığını vurğulayıb.
“Bu cür hadisələrlə tez-tez qarşılaşırıq, ancaq bu, şayiələrin doğru olduğu anlamına gəlmir. Bizim aramızda heç bir münasibət yoxdur”, – deyə C.Lopes əlavə edib. B.Qoldstin də öz növbəsində tərəf müqabilinin sözlərini təsdiqlyib.
Onu da yada salaq ki, aprel ayında Lopesin aktyorla münasibətdə olması ilə bağlı iddialar yayılmışdı. O zaman “The Sun” qəzetinin mənbəsi aktrisanın çəkilişlərdə həmkarı ilə çox yaxınlaşdığını və tərəflər arasında qeyri-adi bir enerjinin yarandığını iddia etmişdi.