Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Azərbaycan Müjdələri Redaksiyası bildirir ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında yeni paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Eşq olsun, Azərbaycan bayrağına!”