Bolqarıstan təmsilçisi Dara Avstriyada keçirilən ESC-2026-da “Bangaranga” rəqs mahnısı ilə qalib gəlib.
Azərbaycan Müjdələri bildirir ki, Dara Eurovison-2026 (Avroviziya-2026) mahnı yarışmasında 516 səs toplayıb.
Eurovision Song Contest-2026-da (Avroviziya Mahnı Yarışması-2026) ikinci yeri 343 xalla İsrail təmsilçisi Noam Bettanın “Mishel” balladası, üçüncü yeri isə 296 xalla Rumıniya təmsilçisi Aleksandra Kapitaneskunun “Choke Me” adlı mahnısı tutub.
70 yaşlı beynəlxalq mahnı yarışmasının finalı 10 000 tamaşaçının toplaşdığı “Wiener Stadthalle” konsert zalında keçirilib. Müsabiqəyə pop müğənnisi Viktoriya Svarovski və aktyor Mixael Ostrovski aparıcılıq ediblər.
Avstriya müsabiqəyə üçüncü dəfə ev sahibliyi edib; bu ölkədə 1967 və 2015-ci illərdə də mahnı yarışması keçirilib. Avstriya 2026-cı ildə “Eurovision” mahnı yarışmasına ev sahibliyi etmək hüququnu müğənni JJ-nin 2025-ci ildə “Wasted Love” mahnısı ilə qələbəsindən sonra əldə edib.
Yarışma 2026-cı ildə son 20 ildə ən az iştirakçı sayına görə rekord qırıb. 2016-cı ildə “Avroviziya”ya 42 ölkə, 2026-cı ildə isə 35 ölkə qatılıb. İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya yarışmaya qatılmayıblar. Bu ölkələr İsrailin Qəzza sakinlərinə qarşı hərəkətlərinə etiraz olaraq onun “Avroviziya – 2026″da iştirakı səbəbindən yarışmadan çıxıblar.
Avropa Yayım Birliyi Ukraynaya qarşı münaqişə səbəbindən Rusiyanı 2022-ci ildən etibarən “Avroviziya”dan uzaqlaşdırıb.