Balıq dərisindən cinsi orqan yaratdılar

Braziliyada cinsi orqanı və uşaqlığı olmayan gənc qıza dünyada ilk dəfə balıq dərisindən cinsi orqan hazırlanıb.

Mujde.az xəbər verir ki, 23 yaşlı Jucilene Marinho dünyaya cinsi orqanı olmadan gəlib. Həyatının 20 ildən çoxunu bir cinsi orqanı olmadan keçirən gənc qadın dünyada ilk dəfə tətbiq edilən bir müalicə ilə cinsi orqana sahib olub.

Gənc qadına tətbiq olunan müalicəyə başlamazdan əvvəl balıq dərisi laboratoriyada xüsusi təmizləmə və sterilizasiya prosedurundan keçirilib. Bu proseslərin sonunda balıq qoxusu aradan qaldırılıb və sterilləşdirilmiş qablaşdırmada iki ilə qədər saxlanılaraq açıq rəngli bir gelə çevrilib.

Yanıq və yara müalicələrində də tez-tez istifadə edilən balıq dərisindən hazırlanan cinsi orqan əməliyyatından sonrası Marinho o günlər haqqında belə danışıb:

“Dünyanın sona çatdığını düşünürdüm. Hər zaman bir uşaq sahibi olmağı xəyal etdim. Eyni zamanda heç bir zaman həqiqi bir əlaqəm olmayacağını da düşünürdüm və dərin depressiyaya düşürdüm. Bundan başqa həyatıma girən kişilər tərəfindən də ələ salınırdım”.

Qeyd edək ki, nadir görülən bu pozğunluq hər il təxminən 5.000 yeni doğulan qız uşaqlarında  təsadüf edilir. Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir