Bakı Şəhərində Süpürgəçi Qadını Vurub Öldürən Sürücü Tutuldu

Paytaxt Bakı şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Azərbaycan Müjdələri redaksiyası bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reporta məlumat verilib.

Xəbər verilir ki, olay martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Məlumata görə, “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub və nəticədə piyada olay yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Bakıda süpürgəçi qadını avtomobil vuraraq öldürüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir