Bəşər Əsəd Rusiyada gamer olub, evdən çıxmır

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd gamer olub.

Mujde.Az Almaniyanın “Die Zeit” qəzetinə istinadən xəbər verir ki, B.Əsəd Moskva yaxınlığında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qorunur.

Məlumata görə, Bəşər Əsəd mərmər vanna otağı olan dəbdəbəli villada sakitcə yaşayır. Onun çölə çıxmaqdan yayındığı və saatlarla onlayn oyunlarla vaxt keçirdiyi iddia olunur.

Xatırladaq ki, sabiq Suriya lideri indiki prezident Əhməd əş-Şaraanın başçılıq etdiyi qüvvələrin paytaxt Dəməşqə yaxınlaşdığı vaxt ölkədən qaçıb. Dəməşqdən havaya qalxdıqdan qısa müddət sonra Əsəd və ailəsini daşıyan təyyarə Homs üzərində radarlardan itib. Rusiyadan gələn xəbərlərlə keçmiş Suriya liderinin taleyi ilə bağlı müəmmalara son qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir