Azad edilmiş torpaqlarda döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

İşğalçı Ermənistan Ordusundan azad edilmiş torpaqlarda dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Müjdələri redaksiyasına verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz olaraq xidmət aparılır və yüksək səviyyədə döyüş növbətçiliyi təşkil olunur.

Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə bağlı xidməti-döyüş fəaliyyəti təkmilləşdirilir.

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir