Argentinada Messiyə görə bütün oyunlar 10-cü dəqiqədə dayandırılacaq

Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib.

Azərbaycan Müjdələri bununla bağlı Sport24.ru-ya istinadən xəbər verir.

Növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq. Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu bir dəqiqə boyunca alqışlayacaqlar.

Qeyd edək ki, iyunun 24-də 39 yaşı tamam olan Messi milli komandanın heyətində toplamda 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir