Futbol üzrə Dünya Çempionatı 2026-nın qrup mərhələsində Argentina-Əlcəzair milli komandaları qarşılaşıblar.
Azərbaycan Müjdələri bildirir ki, Kanzas stadionunda keçirilən J qrupunun 2-ci oyununda Argentina 3:0 hesabı ilə qələbə qazanıb.
Qarşılaşmada hər üç qolun müəllifi Lionel Messi olub. O, 17, 60 və 76-cı dəqiqələrdə rəqib qapısının torunu silkələyib.
Turnirin ikinci turu çərçivəsində isə Argentina millisi iyunun 22-də Avstriya yığması ilə gücünü sınayacaq.
Lionel Messi altıncı dünya çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşdü
Argentina milli komandasının hücumçusu Lionel Messi altı dünya çempionatında iştirak edən ilk futbolçu kimi adını tarixə qızıl hərflərlə yazdırıb.
Yadaq ki, beş dünya birinciliyində meksikalı Antonio Karbaxal və Rafael Markes, almaniyalı Lotar Matteus və Manuel Noyer, eləcə də 2026-cı il dünya çempionatı üçün Portuqaliya yığmasının heyətinə daxil edilən Kriştianu Ronaldu iştirak ediblər.
Bununla da Messi dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırıb. Bu göstərici ilə o, dünya birinciliklərinin ən yaxşı bombardirləri siyahısında təkbaşına liderlik edən almaniyalı Miroslav Klozenin rekordunu təkrarlamağı bacarıb.
Şimali Amerikada keçirilən dünya çempionatının start turunda meydana çıxması sayəsində Messi dünya birinciliklərində keçirilmiş oyunların sayına görə rekordu yeniləyib. Əlcəzairlilərə qarşı oyun onun turnir tarixində 27-ci oyunu olub. Karyerasını davam etdirən oyunçular arasında bu göstəriciyə görə ona ən çox yaxınlaşan futbolçu isə Ronaldudur (22).
İndi 38 yaşlı Messi 2023-cü ildən Şimali Amerikanın Baş Futbol Liqasında (MLS) çıxış edən “İnter Mayami” klubunun şərəfini qoruyur. Avropada isə argentinalı ulduz Fransanın “Pari Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında oynayıb. O, Kataloniya təmsilçisinin heyətində dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Hücumçu Dünya Çempionu (2022), dünya birinciliyinin gümüş mükafatçısı (2014), Olimpiya çempionu (2008) və ikiqat Amerika Kubokunun sahibidir (2021, 2024). Eyni zamanda, “Qızıl top”ların sayına görə (8) rekord məhz Messiyə məxsusdur.
Lionel Messi ilk qoldan sonra niyə ağladı?
Argentina milli komandasının hücumçusu və kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında vurduğu ilk qoldan sonra göz yaşlarını saxlaya bilməyib. Ulduz futbolçu oyundan sonra göz yaşlarının səbəbi ilə bağlı açıqlama verib. O bildirib ki, buna səbəb son günlərdə şəxsi həyatında olduqca çətin anlar yaşaması olub:
“Hə, ilk qoldan sonra ağladım, ancaq bunun futbolla heç bir əlaqəsi yox idi. Bəzi çətin günlər yaşadım, ancaq bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma minnətdaram. Çünki onlar hər zaman yanımda oldular və mənə böyük güc verdilər. Futbol oynamağı sevirəm, bu, uşaqlıqdan mənim ehtirasım olub”.