ABŞ-li milyarder İlon Mask (Elon Musk) “SpaceX” şirkətinin səhmlərinin IPO-da yerləşdirilməsi sayəsində tarixə ilk trilyoner kimi düşüb.
Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, daha öncə şirkət IPO çərçivəsində rekord məbləğdə – 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.
Qeyd olunub ki, ABŞ-nin “SpaceX” şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirmə ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət hər birinin qiyməti 135 dollar olmaqla toplam 555 555 555 səhm yerləşdirib. “SpaceX”in qiymətli kağızları bu gündən etibarən “Nasdaq” elektron birjasında SPCX indeksi altında satışa çıxarılır.