UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşması başa çatıb.
Azərbaycan Müjdələri bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionda keçirilən görüş 2:2 hesabı ilə bitib.
Qolları 16-cı dəqiqədə Estevao (“Çelsi”), 29-cu dəqiqədə Leandro Andrade, 39-cu dəqiqədə penaltidən Yankoviç və 53-cü dəqiqədə Qarnaço vurublar.
Bu nəticədən sonra “Qarabağ 7 xal toplayıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 26-da səfərdə “Napoli” klubuna qarşı keçirəcək.